ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan deyib ki, o, Co Baydenin Kiyevə səfəri barədə Moskvanı xəbərdar edib.
Sitat.info xəbər verir ki, CNN-in məlumatına görə, xəbərdarlıq Amerika liderinin Vaşinqtonu tərk etməsindən bir müddət əvvəl iki nüvə dövləti arasında münaqişənin qarşısını almaq üçün edilib.
“Biz münaqişə vəziyyətindən qaçmaq üçün prezident Baydenin yola düşməsindən bir neçə saat əvvəl Kiyevə gedəcəyi barədə Rusiyanı xəbərdar etmişik”.
Həmçinin bildirilir ki, səfər uzun aylar ərzində hazırlanıb, yekun qərarı ABŞ prezidenti cümə günü “Ukrayna hökumətinin ən yüksək eşelonları” ilə danışıqlardan sonra verib.
Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer bildirib ki, səfərin planlaşdırılmasına ABŞ Məxfi Xidməti, Pentaqon və kəşfiyyat cəmiyyətinin az sayda rəsmilərinin daxil olduğu Milli Təhlükəsizlik Şurası və Ağ Evin hərbi ofisi cəlb olunub.
"Bayden riskin idarə olunmasından razı qalıb.
Nərgiz,
Sitat.info