Ulduz futbolçu xanım azarkeşin nömrəsini aldı - Video

10:04 21 Fevral 2023

“Barselona”nın gənc ulduzu Pedri etdiyi hərəkətlə gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, o, gecə klublarının birində xanım azarkeşindən nömrəsini alıb.

Klubun çıxışında tərəfdarlar futbolçunun ətrafına toplaşıb və ondan imza almağa çalışıb. Bu zaman xanım azarkeşlərdən biri nömrəsi yazılmış kağızı Pedriyə uzadıb. 20 yaşlı oyunçu cəld şəkildə kağızı alaraq cibinə qoyub.

Qeyd edək ki, “Barcelona”nın digər gənc ulduzu Qavi də eyni hərəkətlə yadda qalmışdı. O, ötən il forma imzalanması mərasimində xanım azarkeşdən eyni şəkildə nömrəsini almışdı.

 



Xəbər xətti