Yaponiyadan Ukraynaya 5,5 milyon dollarlıq yardım

10:19 21 Fevral 2023

Yaponiya hökuməti Rusiyanın hücumlarını davam etdirdiyi Ukraynaya 5,5 milyon dollarlıq maliyyə yardımı paketi açıqlayıb.

Sitat.info xəbər verir ki, Kişida Fumio hökuməti, fevralın 24-də Rusiyanın hücumlarının birinci ildönümünə qədər Ukraynaya yardımın həcmini artırmağı hədəfləyir.

Paytaxt Tokioda keçirilən simpoziumda çıxış edən baş nazir Kişida Fumio, Ukraynaya 5,5 milyon dollar maliyyə yardımı veriləcəyini açıqlayıb.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, maliyyə yardımının Ukraynanın infrastrukturunun təmirinə sərf edilməsi planlaşdırılır.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti