İsrail qüvvələri işğal altındakı Cenin şəhərinə basqın edib

10:19 21 Fevral 2023

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edib.
Sitat.info xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, İsrail qüvvələri Ceninin müxtəlif girişlərindən şəhərə daxil olub. İsrail qüvvələri ilə fələstinlilər arasında baş verən qarşıdurmaya İsrail əsgərləri real və plastik güllələrlə müdaxilə edib.

Şahidlər həmçinin bildiriblər ki, bir fələstinlinin evini mühasirəyə alan İsrail qüvvələri ilə bir qrup fələstinli arasında silahlı qarşıdurma olub.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti