Ötən il ABŞ-da Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) əməkdaşları tərəfindən hava limanlarının təhlükəsizlik nəzarət məntəqələrində 6542 silah ələ keçirilib. ABŞ hava limanlarında ələ keçirilən silahların sayı pandemiya zamanı istisna olmaqla, 2010-cu ildən bəri hər il artıb.
Sitat.info xəbər verir ki, TSA direktoru David Pekoske Associated, Press-ə (AP) deyib: "Yoxlama məntəqələrimizdə gördüklərimiz həqiqətən cəmiyyətdə gördüklərimizi əks etdirir və cəmiyyətdə bu günlərdə odlu silah daşıyan daha çox insan var".
ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının əməkdaşları 2022-ci ildə hər gün təxminən 18 silah ələ keçirib.
Keçən il ABŞ hava limanlarında tapılan odlu silahların əksəriyyəti silah qanunlarının çox sadə qolduğu ştatlarda tapılıb.
Keçən il ən çox odlu silah müsadirə edilən 10 hava limanından altısı həm Texas, həm də Floridadakı üç hava limanının payına düşüb.
Çikaqo Universitetinin apardığı araşdırma Amerika ailələrinin 46 faizinin ən azı bir silaha sahib olduğunu ortaya qoyub.
Hazırda ABŞ-da odlu silahların sayı təxminən 466 milyon olaraq qiymətləndirilir.
Səid İsaoğlu,
Sitat.info