Burkina Fasoda orduya qarşı törədilən terror aktı nəticəsində 51 əsgər şəhid olub.
Sitat.info xəbər verir ki, Ordudan verilən yazılı açıqlamaya görə, Sahel bölgəsindəki Oudalan bölgəsində yerləşdirilən əsgərlərə təşkil edilən terror hücumunda 51 əsgər həyatını itirib.
Əsgərlərlə terrorçular arasında baş verən qarşıdurmada 60 terrorçu zərərsizləşdirilib.
Qonşu Malinin Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində tez-tez hücumlar təşkil edir.
Hökumətin məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər olan hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.
Seymur Bənnayev
Sitat.info