Almaniyanın xarici işlər naziri Annalena Baerbock və federal daxili işlər və vətən naziri Nensi Faeserin bu gün Türkiyəyə həmrəylik səfəri edəcəyi açıqlanıb.
Sitat.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçünün müavini Kristian Vaqner, nazir Baerbock və Faeserin Kahramanmaraşa gedərək zəlzələ bölgələrini ziyarət edəcəklərini söyləyib.
Eyni zamanda, iki nazirin Pazarcıkdakı konteyner şəhərini də ziyarət edəcəyi, Qeyri-Hökumət Təşkilatları və Texniki Yardım Təşkilatlarının nümayəndələri ilə görüşəcəkləri bildirilib. Nazir Baerbock və Faeserin də Qaziantepdəki viza ofisini ziyarət etmələri və rəsmilərdən "sürətli viza" tələbləri ilə bağlı məlumat alacaqları da öyrənilib.
Məğrur
Sitat.info