Hatayda zəlzələ Sonrası Araşdırmalar

11:12 21 Fevral 2023

Fevralın 20-də saat 20:04-də Hatayın Defne bölgəsində 6,4 bal gücündə zəlzələ baş verib. Daha sonra ən böyüyü 5,8 bal olan 90 afterşok qeydə alınıb.

Sitat.info xəbər verir ki, zəlzələ ilə bağlı 112 Təcili Zəng Mərkəzindən 54 bildiriş gəldiyi öyrənilib. Bu bildirişlərin 44-də heç bir neqativ halın olmadığı məlum olub.

Alınan hesabatlara uyğun olaraq, AFAD'ın Hatay, Afyonkarahisar, İzmir, İstanbul, Sakarya, Ərzurum, Samsun, Diyarbakır, Adana, Van, Kayseri, Dənizli, Balıkesir, Artvin, Bartın və Uşak-dan vilayət müdirliyi qrupları, 112 Təcili, Xilasetmə, JAK , PAK, CEKUT və QHT-lər axtarış-xilasetmə işlərində iştirak edib.

SAKOM-dan daxil olan məlumata görə, 18-i ağır olmaqla 294 vətəndaş ətrafdakı müxtəlif xəstəxanalarda müalicə olunub. Təəssüf ki, 6 nəfər həyatını itirib.

Son zəlzələdən narahat olan vətəndaşlar üçün gecə saatlarında əraziyə 6 min çadır göndərilib. Çadırların daşınması hava və avtomobil yolu ilə gün ərzində davam edəcək.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti