İranda “Sazendegi” adlı islahat yönlü sayılan qəzet ətin qiymətinin bahalaşması ilə bağlı məqalə dərc etdiyi üçün bağlanıb.
Sitat.info xəbər verir ki, xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosununun farsca redaksiyası məlumat yayıb.
Bildirilib ki, qəzet sonuncu sayında “Ət partlayışı” adlı məqalə dərc edib. Vurğulanıb ki, məhsul bahalaşdığından orta təbəqə və fəhlələr bu ərzağı gündəlik qida rasionundan çıxramalıdır.
Məlumata görə, məqalə Prezident İbrahim Rəisinin başçılıq etdiyi hökumət üzvlərinin, məmurların xoşuna gəlmədiyi üçün qəzet bağlanıb, həmin say isə köşklərdən yığışdırılıb.
Sazendegi”nin redaktoru Əkəb Muttayibi bildirib: “Hökumətin “Ət partlayışı” başlığı ilə problemi var. Biz başlığı “Ət ucuzlaşıb” kimi yazsaq, ət ucuzlaşacaq?”.
Onun sözlərinə görə, hökumət İrandakı faktiki vəziyyətlə bağlı yazıların yayılmasını istəmir.
Tehran əyaləti Jurnalistlər Birliyi “Sazendegi” qəzetinin bağlanmasını qınayıblar.
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində ərzaq mallarının qiymətinin yenidən bahalaşması ciddi narahatlıq yaradır.
Xatırladaq ki, İran milli valyutası da dollara nisbətən ucuşlaşıb. 1 dollar 50 000 tümənə mübadilə edilir.