ABŞ dövlət katibi İrana çağırış edib

13:53 21 Fevral 2023

“Nüvə proqramı ilə bağlı problemin öhdəsindən gəlmək İrandan asılıdır”.

Sitat.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Yunanıstan baş naziri Kriakos Miçotakislə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, nüvə proqramı ilə bağlı problemin öhdəsindən gəlməyin ən effektiv və davamlı yolu diplomatiyadır: “Amma hazırda bu səylər arxa plandadır. Çünki İran bu məsələlərlə ciddi məşğul deyil”.

Blinken diplomatiya üçün qapının hər zaman açıq olduğunu xatırladıb: “Çox şey İranın ritorikasından asılıdır”.

Qeyd edək ki, E.Blinken ötən gün Türkiyədə səfərdə olub.



Xəbər xətti