Josep Borrelldən Türkiyə mesajı

15:43 21 Fevral 2023

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Aİ Komissiyasının sədr müavini Josep Borrell, Hatay mərkəzli zəlzələdən sonra Aİ-nin Türkiyədəki vəziyyəti yaxından izlədiyini və Türkiyənin yanında olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Aİ Komissiyasının vitse-prezidenti Josep Borrell, sosial media hesabından Hatayın Defne və Samandağ rayonlarında baş verən 6,4 və 5,8 ballıq zəlzələlərlə bağlı açıqlama verib.

Borrell Türkiyənin yanında olduqlarını söyləyərək bildirib: "Türkiyənin Hatay şəhərində yenidən baş verən zəlzələ nəticəsində zərər çəkən ailələrin iztirablarını və dağıntıları artıran vəziyyəti yaxından izləyirik. Bu çətin günlərdə Türkiyənin yanındayıq".

Məğrur

Sitat.info



Xəbər xətti