Rusiyanın baş naziri Mixail Mişustin, 19 ölkənin vətəndaşlarına yalnız otel rezervasiyası vasitəsilə asan viza əldə etmək imkanı verən fərmanı imzalayıb.
Sitat.info xəbər verir ki, baş nazir Mixail Mişustin, Türkiyə də daxil olmaqla 19 ölkənin vətəndaşlarına yalnız mehmanxana və ya digər yerləşdirmə obyektlərinin rezervasiyası əsasında 6 aya qədər çox girişli turist vizası almaq hüququ verən fərman imzalayıb.
Rusiya hökumətinin rəsmi saytında dərc olunan fərmanla yalnız Bəhreyn, Bruney, Hindistan, İndoneziya, İran, Kamboca, Çin, Şimali Koreya, Küveyt, Laos, Malayziya, Meksika, Myanma, Oman, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə və Filippin Qeydiyyatdan keçmiş Rusiya otellərində etdikləri rezervasiyalarla 6 aylıq çox girişli Rusiya vizası ala biləcəkləri bildirilir.
Qərarın martın 5-dən qüvvəyə minəcəyi vurğulanıb.
Məğrur
Sitat.info