ABŞ son bir ildə Strateji Hücum Silahlarının məhdudlaşdırılması haqqında müqavilənin müddəalarına əməl olunması məsələsində Rusiya tərəfindən məsuliyyətsiz davranışlar müşahidə edib.
Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Onun sözlərinə görə, ABŞ Rusiyanın bu müqavilədə iştirakını dayandırmasının praktiki nəticələrini öyrənəcək.
"Rusiyanın praktiki olaraq atacağı konkret addımları diqqətlə izləyəcəyik. Hələlik biz strateji nüvə qüvvələrinin hazırlığını dayandırmaq üçün heç bir səbəb görməmişik, lakin hər gün vəziyyəti diqqətlə izləyirik", - o əlavə edib.