İranın cənub-qərbində 5,5 bal gücündə zəlzələ baş verib

12:12 22 Fevral 2023

İranın cənub-qərbindəki Fars əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Fars əyalətinin Dorz kəndində olan 5,5 bal gücündə zəlzələ yerli vaxtla saat 04:41-də qeydə alınıb. Zəlzələ yerin 11 kilometr dərinliyində baş verib.

Fars vilayətinin Qızıl Aypara Cəmiyyətinin direktoru Hüseyn Dərvişi, ilk təsbitlərə görə can itkisinin olmadığını, zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirib.

Dervişi, zəlzələ mərkəzinə yaxın bölgədəki təcili yardım qruplarının hazır olduğunu ifadə edib.

Qeyd edək ki, dünən Dorz kəndində 5,2 bal gücündə zəlzələ baş vermişdi.



Xəbər xətti