ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Vaşinqtonda "müharibə tərəfdarı" bir nizam olduğunu müdafiə edərək bildirib; "Üçüncü Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmamışdı".
Sitat.info xəbər verir ki, Tramp iddia edib ki, dərin dövlətdə, Pentaqonda və Dövlət Departamentində olan bütün "müharibə qızışdırıcıları və qlobalistlər" bu qurumlardan təmizlənməlidir.
Rusiya-Ukrayna müharibəsinin ildönümü çərçivəsində Tramp rəsmi internet saytında “Prezident Tramp sonsuz müharibələrin dalınca gedən müharibə qızışdırıcılarını və qlobalistləri atəşə tutacaq” başlıqlı video yayımlayıb.
"III Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmamışdı." Tramp iddia edib ki, dərin dövlətdəki bütün “müharibə qızışdırıcıları və qlobalistlər”, Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamenti bu qurumlardan təmizlənməlidir.
Tramp “bir nəsildə müharibəyə başlamamış yeganə prezident” olduğunu deyib və Vaşinqtondakı bürokratların məsləhətlərini rədd edərək münaqişələrdən qaçdığını qeyd edib.
ABŞ administrasiyasının 2014-cü ildə Ukraynada baş verən qiyamları dəstəklədiyini ifadə edən Tramp bildirib: "ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland, kimi Ukraynanı NATO-ya yaxınlaşdırmaq fikrində olan insanlar var”.
Tramp bildirib ki, bu insanlar İraqda olduğu kimi uzun müddətdir ki, münaqişə ardıncadırlar, lakin onların heç biri bir il əvvəl Ukraynanın işğalını bəhanə edə bilməz. “Mən sizin prezidentiniz olsaydım, bu heç vaxt baş verməzdi” Tramp bu ifadədən istifadə edərək, Amerikanın xarici siyasətində hökmranlıq edən “korrupsioner qlobal nizam”dan qurtulmağın lazım olduğunu vurğulayıb.
2024-cü il prezident seçkilərinə namizəd olan Tramp, səlahiyyət müddətində bu sərəncamın dəyişəcəyini vurğulayıb. "Doğru rəhbərliklə biz Ukrayna müharibəsini 24 saata bitirə bilərik", - Tramp bildirib. O, ABŞ-ın maraqlarını hər şeydən üstün tutan məmurları təyin edəcəyini bildirib.
Seymur Bənnayev
Sitat.info