Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) apardığı araşdırmada 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib.
Sitat.info xəbər verir ki, Araşdırma qrupundan olan Michael Groemling, müharibənin "böyük qlobal iqtisadi əhəmiyyətə" malik olduğunu vurğulayaraq, enerji və xammal tədarükü ilə bağlı problemlərin şirkətlərə təzyiq göstərdiyini söyləyib.
"Yüksək enerji qiymətləri istehsal mərhələsində xərclərin artmasına səbəb oldu və bu, bir çox şirkətin hesablamasını çətinləşdirdi", - DIW-nin araşdırma ilə bağlı açıqlamasında deyilir.
Araşdırmanın nəticələrində qlobal iqtisadiyyatın 2022-ci ildə 1,6 trilyon dollar gəlir əldə edə biləcəyini, lakin Müharibə səbəbiylə bunu edə bilmədiyi bildirilib.
Bundan əlavə, Groemling, 2023-cü il təxminlərinə görə qlobal əlavə dəyər itkisinin 1 trilyon dollar olacağını proqnozlaşdırdığını ifadə edərək, "Təəssüf ki, bu il təhlükə hələ də keçmədi" dedi.
Məğrur
Sitat.info