Çində kömür mədəni çökdü: 57 nəfər dağıntılar altında...

17:28 22 Fevral 2023

Çinin  Monqolustan muxtar bölgəsində mədəndə baş verən qəzada 50 işçi çökmə altında qalıb.

Sitat.info xəbər verir ki, Çinin şimalındakı Daxili Monqolustan muxtar bölgəsində Alxa Liqada kömür mədəni çöküb.

Bölgəyə təxminən 200 nəfərdən ibarət xilasetmə qrupu və təcili yardım göndərilib.

Çin mediası dağıntılar altında 57 nəfərin qaldığını bildirib. Hadisə ilə bağlı araşdırma başlanıb, hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Səid,

Sitat.info



Xəbər xətti