İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcəyini açıqlayıb

22:29 22 Fevral 2023

İspaniyanın müdafiə naziri Marqarita Robles ölkəsinin Ukraynaya 6 Leopard 2A4 tipli tank göndərəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Robles parlamentdəki çıxışında Rusiyaya qarşı müharibədə istifadə edilmək üçün Ukraynaya təhvil veriləcək 6 ədəd Leopard 2A4 tankının martın sonu, aprelin əvvəlində göndəriləcəyini bildirib.

Quru Qoşunlarına aid Casetasda (Saragoza şəhəri) anbarda olan 50 tankın pis vəziyyətdə olduğunu və onlardan ən yaxşı 6-nın seçildiyini qeyd edən Robles, bu tankların təmir üçün Sevilyadakı Santa Barbara şirkətində olduğunu və martın sonuna kimi hazır olacağını bildirib.

Robles həmçinin bildirib ki, 40-ı tank idarə edən personal olmaqla 55 Ukrayna əsgəri İspaniyada təlim keçib.

Məğrur

Sitat.info



Xəbər xətti