Tacikistanda güclü zəlzələ baş verib

09:15 23 Fevral 2023

Tacikistanda 6,8 bal gücündə zəlzələ baş verib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Məlumata görə, yeraltı təkanların episentri Murqaba yaşayış məntəqəsindən 66 kilometr cənub-qərbdə yerləşib. Sözügedən məntəqədə isə 10,8 min insan yaşayır. 

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki məlumat verilməyib.

Zəlzələdən sonra 3 afterşok qeydə alınıb. 



Xəbər xətti