Ukrayna müharibəsindəki son vəziyyət: Kritik Moskva sammitindən sonra NATO-dan sensasion bəyanat

10:50 23 Fevral 2023

Ötən ilin fevralında Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə tam sürətlə davam edir.

Sitat.info xəbər verir ki, müharibə bir ili geridə qoymağa hazırlaşarkən diqqəti Çinin atacağı addıma yönəldib.

Putinin Çinin ən yüksək səviyyəli diplomatı və Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşünün əks-sədaları davam edərkən, NATO sensanon bəyanat verib.

NATO-nun baş katibi Stoltenberq hərbi ittifaqın Çinin Ukraynadakı müharibəsində Rusiyaya dəstək verməyi planlaşdırdığına dair "bəzi əlamətlər" gördüyünü deyib və Pekini beynəlxalq hüququ pozacaq addımdan əl çəkməyə çağırıb.

NATO-nun Çinin Rusiyanın müharibəsinə silah və ya digər dəstək verməyə hazır ola biləcəyinə dair hər hansı əlamətin olub-olmaması ilə bağlı sualına Stoltenberq belə cavab verib:

“Biz onların bunu planlaşdırdıqlarına dair bəzi əlamətləri gördük və təbii ki, NATO müttəfiqləri buna qarşı xəbərdarlıq edirlər, çünki bu, baş verməməli olan bir şeydir. Çin Rusiyanın qeyri-qanuni müharibəsini dəstəkləməməlidir”.

Bir müddətdir ki, Putinin Çindən hərbi dəstək almaq istədiyi yüksək səslə səslənir. Hərbi analitiklər bunu “ən pis ssenari” kimi qiymətləndirirlər.

Çünki bu halda həm Ukrayna müharibəsi daha qanlı mərhələyə keçəcək, həm də iki qlobal güc ABŞ və Çin üz-üzə gələcək.

Bu vəziyyəti 'qırmızı xətt' olaraq xarakterizə edən İngilis Daily Mail qəzeti bu dəyərləndirməni edib:

“Qanla çəkilmiş qırmızı xətt var. Çinlilər Rusiyaya silah tədarük etməyə başlasalar, onu ötəcəklər”.

Ukrayna lideri Zelenski bu yaxınlarda bəyan etmişdi ki, Çinin Ukraynada Rusiyaya dəstəyi III Dünya Müharibəsi demək olacaq.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Üçüncü Dünya Müharibəsi ilə bağlı diqqətəlayiq xəbərdarlıq edib.

O, ABŞ prezidenti Co Baydenin Ukrayna siyasətinə sərt reaksiya verdiyi çıxışında Vaşinqtonda müharibə tərəfdarı bir dövlət nizamı olduğunu müdafiə edərək bildirib: "3-cü Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmamışdı.".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti