İspaniyanın baş naziri Pedro Sançes Rusiya-Ukrayna müharibəsinin birinci ilində Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Sitat.info xəbər verir ki, 2022-ci il aprelin 21-dən sonra ikinci dəfə Kiyevə gedərkən Sançes Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək və Rusiyanın hücumlarından zərər çəkmiş bəzi şəhərlərə baş çəkəcək.
qeyd edək ki, İspaniyanın müdafiə naziri Marqarita Robles martın sonu və ya aprelin əvvəlində Ukraynaya 6 Leopard 2 tipli tank göndərəcəklərini açıqlayıb.
Seymur Bənnayev
Sitat.info