Zəlzələlərdə neçə nəfər polis əməkdaşı həlak olub?

11:57 23 Fevral 2023

Türkiyə Təhlükəsizlik Baş İdarəsi Kahramanmaraşda baş verən zəlzələlərdə 214 personalın öldüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, təşkilatın vəfat edən şəxsi heyəti arasında texniki işçi və fəhlələrlə yanaşı, komissar və polis əməkdaşlarının da olduğu bildirilib.
Təhlükəsizlik Baş İdarəsi, əsrin faciəsində dünyasını dəyişən şəxsi heyət üçün başsağlığı verib. “Başsağlığımız” başlıqlı mesajda şəxsi heyətin adları, vəzifələri və fotoları paylaşılıb.

Bildirilib ki, zəlzələ nəticəsində 3-ü fəhlə, 6-sı texniki işçi olmaqla 214 şəxsi heyət həlak olub.

Baş Mühafizə İdarəsi "Ruhları şad, məkanları cənnət olsun. Ailələrinə, Təşkilatımıza və əziz xalqımıza başsağlığı versin" sözlərini paylaşıb.

Məğrur

Sitat.info



Xəbər xətti