Tacikistanın Çinlə sərhədində 7,2 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, Tacikistanın Çin sərhədində yerləşən dağlıq Bədəxşan muxtar bölgəsində 7,2 bal gücündə zəlzələ baş verib. Bildirilib ki, 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra hələlik can və mal itkisi ilə bağlı məlumat yoxdur.
ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasının 6,8 olduğunu açıqlayıb və zəlzələnin episentrinin Tacikistanın Murqob şəhərinin 67 kilometr qərbində olduğu məlumatını paylaşıb.
Zəlzələ Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində də güclü hiss olunub.
Amerika Geoloji Xidməti yerli vaxtla saat 06:37-də Tacikistanın şərqində baş verən zəlzələnin maqnitudasının 6,8 bal olduğunu açıqlayıb.
Məğrur
Sitat.info