Dünya əsrin fəlakətini yaşayan Türkiyəni tək qoymur. Zəlzələ bölgəsinə yardımların göndərilməsi davam edir.
Sitat.info xəbər verir ki, Avropada türklərin qurduğu və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yaraların sağalması üçün yardımlarını davam etdirir.
Bölgədəki 4 vəqf 25 min könüllü personalı ilə sahədədir.
Zəlzələdən zərər çəkənlərə şorba, səyyar mətbəx, soba və iaşə maşınları verilir.
Şimali Makedoniyadakı iş adamları və QHT-lər Türkiyə üçün yardım toplamaqda davam edir.
Makedoniya Türkiyə Ticarət Palatası AFAD-a 28 yük maşını natura və 250 min avro pul yardımı çatdırdığını açıqlayıb.
Makedoniya Türk Vətəndaş Cəmiyyəti Təşkilatları Birliyi kampaniya təşkil edərək 92 min avro yardım toplayıb.
Xorvatiyada zəlzələ qurbanları üçün toplanan yardımın məbləği 583 min avroya çatıb.
Avstriyada tanınan türkiyəli modelyer Atıl Kurtoğlu zəlzələdən zərər çəkənlərə yardım aksiyası təşkil edib.
Tədbirdə Türkiyənin Vyana səfiri Ozan Ceyhun və Avstriyanın tanınmış simaları iştirak ediblər.
Modelyerin əsərlərinin satıldığı tədbirdən əldə olunan gəlir zəlzələ bölgəsinə göndəriləcək.
Seymur Bənnayev
Sitat.info