Ukraynanın müxtəlif bölgələrində Rusiya-Ukrayna müharibəsi davam edərkən, bəzi ukraynalılar təhlükəsizlik səbəbiylə bir ildir ki, metro stansiyalarında yaşayır.
Sitat.info xəbər verir ki, paytaxt Kiyev başda olmaqla Xarkov kimi böyük şəhərlərdə mülki əhali, müharibə başlayandan bəri hər dəfə rus əsgərlərinin bombalı hücumundan xilas olmaq üçün metro stansiyalarına axışıb.
Müharibənin ilk günlərində minlərlə insanın özünü qorumaq üçün sığındığı metro stansiyaları “yeraltı şəhər”ə çevrilib.
2022-ci ilin mart ayında mülki əhalinin yavaş-yavaş təxliyyə etməyə başladığı metro stansiyaları normal fəaliyyətinə qayıtsa da, hava hücumu siqnalı olduqda insanlar metrolardan istifadə etməyə davam edir.
Ölkənin ikinci böyük şəhəri Xarkovda Rusiya sərhədinə yaxın olan metro stansiyasında yaşayan və müharibənin ağır yaralarını daşıyan Ukrayna vətəndaşları var.
Evsiz qalan və ya təhlükəsizlik səbəbiylə evdə qalmağa cəsarət etməyən onlarla insan, Rusiyanın hava hücumları qədər intensiv olmasa da, indiyədək davam edən Xarkov şəhərinin “Serpnia Metro Stansiyası”nda açılan çadırlarda yaşamağa davam edir.
Nərgiz,
Sitat.info