Partlayışdan sonra Krım körpüsü yenidən iki tərəfli nəqliyyata açılıb

22:30 23 Fevral 2023

Krım yarımadası ilə Rusiyanı birləşdirən Krım körpüsündə baş verən partlayışdan sonra başlayan təmir işlərinin başa çatması ilə körpü yenidən ikitərəfli hərəkətə açılıb.

2022-ci il oktyabrın 8-də Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı Rusiya ərazisi ilə birləşdirən, strateji əhəmiyyətli olan 19 kilometrlik Krım körpüsündə güclü partlayış baş verib. Rusiya Baş nazirinin müavini Marat Khusnullin Rusiyanın Ukraynaya təcavüzünün birinci ildönümündən bir müddət əvvəl açıqlama verərək bildirib: "Krım körpüsündə iki istiqamətli nəqliyyat vasitələrinin hərəkəti qrafikdən 39 gün əvvəl tamamlanan işlər çərçivəsində açıldı".

Khusnullin bildirib ki, körpünün dəmir yolu hissəsində təmir işləri davam edir. Sözügedən hücumda yük maşınının partlaması nəticəsində yanacaq daşıyan qatarın vaqonlarında yanğın baş verib və 3 nəfər ölüb. Hücumdan sonra Kerç boğazında təhlükəsizlik tədbirləri gücləndirilib.

Məğrur

Sitat.info



Xəbər xətti