Çindən diqqət çəkən NATO şərhi

23:00 23 Fevral 2023

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin, NATO-nun “Çin Rusiyaya silah dəstəyi verəcək” iddialarının əsassız spekulyasiya olduğunu ifadə edərək bildirib: “Bu, Ukrayna böhranının başlamasından qısa müddət sonra istifadə edilən və ifşa edilən tanış hiylədir” 

Sitat.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Venbin, NATO-nun baş katibi Yens Stoltenberqin NATO üzvlərinin Çinin Rusiyaya müharibəyə ölümcül dəstək planlamasından getdikcə daha çox narahat olması ilə bağlı bəyanatlarını dəyərləndirib.

Sözügedən iddiaların “əsassız fərziyyələr” olduğunu bildirən Venbin, “ABŞ başda olmaqla NATO ölkələrinin Ukraynadakı döyüş meydanı üçün ən böyük silah mənbəyi olduğu bilinən bir həqiqətdir, lakin Çinin Rusiyaya silah verəcəyi iddiasını hələ də söyləyirlər.

Bu, Ukrayna böhranı başlayandan az sonra istifadə edilən və ifşa edilən tanış hiylədir. NATO Ukrayna böhranında hansı rolu oynayıb?  Dünyanın qalan hissəsi şübhəsiz ki, bunun cavabını bilir”,- deyib.



Xəbər xətti