Şimali Koreya 4 strateji qanadlı raket buraxıb

11:59 24 Fevral 2023

Şimali Koreya hərbi təlimlər çərçivəsində 4 strateji qanadlı raketi uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq sanksiyalara baxmayaraq, nüvə silahı və raketləri inkişaf etdirmə səylərini davam etdirən Şimali Koreya bölgədəki gərginliyi daha da artırmaq üçün daha bir addım atıb. Ötən günlərdə ardıcıl ballistik raket sınaqları ilə Koreya yarımadası və ətrafında təhlükəsizlik narahatlığını artıran Şimali Koreya bu dəfə strateji qanadlı raketlər atıb. Ötən gün keçirilən hərbi təlim çərçivəsində Şimali Koreya Kimçaek şəhərindən Yapon dənizinə doğru 4 ədəd “Hvasal-2” strateji qanadlı raket atıb. Əvvəllər müəyyən edilmiş hədəflərin uğurla vurulduğu qeyd edilərkən, təlim çərçivəsində Silahlı Qüvvələrin əsas qüvvələrindən birini təşkil edən silah sisteminin etibarlılığı və strateji qanadlı raket bölmələrinin əməliyyat imkanlarının gücləndirildiyi açıqlanıb.

Keçən il rekord sayda, 37 raket sınağı keçirən Şimali Koreya, yeni ildə də raket proqramını davam etdirir, ilin əvvəlindən isə 3 ballistik raket sınağı həyata keçirilib. Pxenyanın regionda gərginliyi artırmaq cəhdləri başda ABŞ, Cənubi Koreya və Yaponiya olmaqla beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti