Meksikada neft zavodunda partlayış baş verib

12:20 24 Fevral 2023

Meksikada neft anbarında baş verən partlayış nəticəsində 3 nəfər yaralanıb, 5 nəfər itkin düşüb.

Sitat.info xəbər verir ki, Meksikanın Verakruz əyalətinin İxhuatlan del Sureste şəhərində dövlət neft şirkəti Pemex-ə məxsus neft anbarında dünən baş verən partlayış böyük yanğına səbəb olub. Partlayış nəticəsində alova məruz qalan və bədənlərində ikinci dərəcəli yanıq olan 3 işçinin yaralandığı, 5 işçinin isə itkin düşdüyü bildirilir. Pemex təcili yardım qrupları yanğına müdaxilə edərkən, yaralı işçilər müalicə üçün xəstəxanaya aparılıb.

Yanğının səbəb olduğu nəhəng tüstü buludunun kilometrlərlə uzaqdan göründüyü tədbirdə bölgədəki evlərdə yaşayan 100 ailənin təhlükəsizlik məqsədilə təxliyyə olunaraq sığınacaqlara yerləşdirildiyi bildirilib. Yaxınlıqdakı özəl universitetdə təhsilin müvəqqəti dayandırıldığı öyrənilib.

Pemex rəsmiləri tərəfindən verilən açıqlamada qazma avadanlığında naməlum səbəbdən partlayış baş verdiyi, alovun nəzarət altına alındığı bildirilib. Bildirilib ki, itkin düşən işçilərin axtarışları rəsmilər tərəfindən davam etdirilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti