Yaponiya sahillərində tapılan sirli kürənin sirri açılıb

12:44 24 Fevral 2023

Yaponiyada müxtəlif sui-qəsd nəzəriyyələrinə səbəb olan sirli sferanın sirri açılıb. Yapon rəsmiləri kürənin paslanmış qırıntı parçası olduğunu və içərisində partlayıcı olmadığını bəyan ediblər.

Sitat.info xəbər verir ki, Yaponiyanın cənubundakı Şizuoka prefekturasının Hamamatsu şəhər çimərliyində şübhəli obyektlər aşkar edilib.

Enşu çimərliyində tapılan naməlum obyekt barədə yerli hakimiyyət orqanlarına məlumat verildikdən sonra hadisə yerinə polis göndərilib.

Bildirilib ki, diametri 1,5 metr olan sferik obyekt tamamilə paslanıb və üzərində çıxıntı var.

Polisin verdiyi açıqlamada araşdırma nəticəsində obyektin sadəcə bir metal qırıntısı olduğu açıqlanıb.

X-şüaları ilə müayinədən sonra boş olduğu aşkarlanan obyektin partlama riski daşımadığı bildirilib.

Obyektin fotoşəkillərinin Yaponiya özünümüdafiə qüvvələrinə (SDF) və sahil mühafizəsi ekspertlərinə göndərildiyi bildirilir.

Ölkə mətbuatında obyektin dəniz minası kimi qiymətləndirildiyi bildirilib.

Məğrur

Sitat.info



Xəbər xətti