ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bildirib ki, Ukrayna təhlükəsizlik üçün əlavə 2 milyard dollar yardım alacaq.
Sitat.info xəbər verir ki, Sallivan bildirib ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri bu ölkəyə yardım çərçivəsində daha çox sursat və yüksək texnologiya daxil olmaqla yeni yardımlar gətirib.
“Birləşmiş Ştatlar bu gün Ukraynaya əlavə 2 milyard dollarlıq təhlükəsizlik yardımı paketi elan edib”, - deyə Sullivan bildirib.
Ukraynanın F-16 döyüş təyyarələri tələbi ilə bağlı Sullivan qeyd edib ki, Ukrayna mühüm əks-hücuma keçmək üzrədir və onlar F-16-ların bu hücumlar çərçivəsində əsas imkanlar olduğunu düşünmürlər.
"F-16-lar qısamüddətli müharibə məsələsi deyil. Söhbət Ukraynanın uzunmüddətli müdafiəsindən gedir", - Sullivan deyib. Onun sözlərinə görə, Bayden və Ukrayna prezidenti Volodimir Zelenski də məsələni bu şəkildə müzakirə ediblər.
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları fevralın 24-də müharibənin ildönümündə elan edəcəyi gözlənilir.
Seymur Bənnayev
Sitat.info