Türkiyəni yasa boğan zəlzələnin ardından ölkədə prezident seçkilərinin təxirə salınacağı müzakirə mövzusuna çevrilib.
Sitat.info xəbər verir ki, bununla bağlı məlumat verən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın açıqlama verib.
O bildirib ki, qarşıdakı günlərdə seçkilərin təxirə salınması ilə bağlı konkret bir fikir səsləndirilməsi, bilin ki, ümumi fikir seçkinin vaxtında keçirilməsi ilə bağlıdır.
Hazırda görünən odur ki, seçkilər 14 may tarixində olacaq.
Qeyd edək ki, bundan öncə də Bloomberg agentliyi Ərdoğanın zəlzələnin yaradacağı iqtisadi böhranın təsirləri ortaya çıxmadan seçkilərə gedəcəyini, əsas fikirin mayın 14-ü üzərində dayandığını, amma 18 iyun tarixinin də masada olduğunu yazmışdı.
Nərgiz,
SİTAT.İNFO