"Bu mövsüm avrokuboklarda etdiklərimizlə qürur duymalıyıq".
Sitat.info-nun məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda özünün instaqram səhifəsində yazıb.
Belçikada "Gent"ə əsas vaxtda 0:1, penaltilər seriyasında isə 3:5 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən braziliyalı yarımmüdafiəçi ötən gecə meydana Azərbaycan xalqını sevindirmək üçün çıxdıqlarını vurğulayıb: "Amma futbol belədir: bu gün udursan, sabah uduzursan".
34 yaşlı yarımmüdafiəçi bildirib ki, artıq yerli çempionata diqqət ayırmağın vaxtıdır: "Gələn il həmişəkindən daha güclü qayıda bilərik. Allah bilən məsləhətdir".