ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya təcavüzünün 1-ci ildönümü ilə əlaqədar sosial media hesabında Ukraynaya dəstək mesajı paylaşıb. Co Bayden bildirib: "Bir il əvvəl Rusiya Ukraynanı işğal edəndə dediyimi bu gün təkrarlayacağam. İmperatorluğu bərpa etmək əzmində olan diktator xalqın azadlıq eşqini məhv edə bilməz. Qəddarlıq heç vaxt azad insanların iradəsini əzə bilməz. Ukrayna isə heç vaxt Rusiya üçün qələbə olmayacaq".
Sitat.info xəbər verir ki, Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə fotosunu paylaşaraq yazıb: "Bu gün, bombardmanların başlamasından bir il sonra, Ukrayna hələ də müstəqil və azaddır. Xersondan Xarkova qədər ukraynalılar öz torpaqlarını geri aldılar. Və keçən il Rusiyanın əlində saxladığı torpaqların yarısından çoxunda bu gün Ukrayna bayrağı qürurla dalğalanır".
Məğrur
Sitat.info