ABŞ prezidenti Co Bayden, Ukrayna prezidenti Vladimir Zelenski və G7 ölkələrinin liderləri ilə görüşüb.
Sitat.info xəbər verir ki, Bayden, Rusiya-Ukrayna müharibəsinin ildönümü çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski və G7 ölkələrinin liderləri ilə video zəng edib.
Görüşdən sonra Twitter-də paylaşım edən Bayden bir il əvvəl Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumu ilə G7 ölkələrinin bir araya gəldiyini xatırladıb.
Bayden Ukraynanın sağ qaldığını və eyni zamanda G7-nin rəhbərlik etdiyi qlobal koalisiyanın həmişəkindən daha güclü olduğunu vurğulayıb.
Görüşün məzmununa toxunan Bayden bildirib: "Biz Putinə görünməmiş bir bədəl ödəmək öhdəliyimizi yeniləmək üçün yenidən görüşdük".
Məğrur
Sitat.info