TV8-in rəhbəri Acun Ilıcalı Türkiyədə zəlzələ bölgəsinə yollanıb.
“Sitat.info” Türkiyə mediasına istinadən xəbər verir ki, orada yemək paylayan “MasterChef” proqramının üzvü Mehmet Yalçınkaya Qaziantep-İslahiyəni ziyarət edən Acunun fotosunu paylaşaraq ona təşəkkür edib.
Ilıcalı proqram komandasının yemək payladığı əraziləri gəzərək zərərçəkənlərə dəstək olub.
“Acun Ilıcalı, zəlzələ bölgəsində olduğumuz müddət ərzində hər şeyimizlə maraqlanıb, qayğı göstərib”, - deyə Yalçınkaya paylaşımında qeyd edib.