ABŞ Prezidenti Co Bayden Çinin Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında irəli sürdüyü sülh planının yalnız Rusiyanın xeyrinə işlədiyini qeyd edib.
“Sitat.info” xəbər verir ki, dövlət başçısı bu fikirləri “ABC News”a verdiyi müsahibədə bildirib.
“Əgər Putin planı alqışlayırsa, bu necə yaxşı ola bilər?”, - deyə Bayden bildirib.
Prezident vurğulayıb ki, Çinin haqsız müharibənin nəticəsini müzakirə etmək niyyətində olması irrasionaldır.
Xatırladaq ki, fevralın 24-ü Çin Rusiyanın Ukraynaya hərbi təcavüzünün ildönümündə hərbi münaqişənin nizamlanması üçün 12 bənddən ibarət sülh planını təqdim edib. Planda müxtəlif məqamlarla yanaşı atəşkəs, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq və tədarük zəncirlərinin sabitliyini təmin etmək tələbləri öz əksini tapıb. Pekinin təşəbbüsü Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənib. Ukrayna Prezidenti Zelenski isə Çinin təkliflərinin sülh planı yox, müharibə haqqında düşüncələrin ifadəsi olduğu qənaətindədir.