Türkiyənin Qəhrəmanmaraş vilayətində 3,5 bal gücündə zəlzələ olub.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 11:25-də baş verən yeraltı təkan 7 km dərinlikdə qeydə alınıb.