Rusiya prezidenti Vladimir Putin, NATO-nun onları məğlub etmək istədiyini vurğulayaraq bildirib: “Qərb əvvəlcə Rusiyanı kiçik parçalara ayırmağa, ətrafına itələməyə və öz nəzarəti altına almağa çalışır”.
Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, jurnalist Pavel Zarubinə “Moskva Kreml Putini” proqramı üçün müsahibə verib. Qərb dövlətləri ilə yaşadıqları gərginliyi izah edən Putin, Qərb ölkələrinin Sovet İttifaqından sonra Rusiyanı məhv etmək məqsədinin olduğunu müdafiə edərək bildiri: "Qərbin yalnız bir məqsədi var. Keçmiş SSRİ-ni və Rusiya Federasiyasını dağıtmaq, sonra məhv etmək. Amma Qərb əvvəlcə Rusiyanı xırda-xırda doğramağa, ətrafına itələməyə və öz nəzarəti altına almağa çalışır".
Rusiya xalqının birliyini vurğulayan Putinqeyd edib ki, xalqımızın birliyi metafora deyil, hamımız bunu çox yaxşı bilirik. Rus xalqı bir olanda misilsizdir. Bu birlik bütün uğurlarımızın və bütün qələbəmizin əsas şərtidir.
Qərb ölkələrinin Rusiya ilə bağlı məqsədlərinin hətta kağız üzərində qaldığını ifadə edən Putin əlavə edib ki, əgər bu planlara müdaxilə edilməsəydi, rus milləti kimi bir etnik qrupun indiki halında yaşayıb-yaşamayacağını belə bilməzdik. Vahid rus xalqının əvəzinə, moskvalılar, urallar və başqaları kimi olardı. Bütün bunlar planlarda var idi. "Sovet İttifaqının, sonra isə Rusiyanın parçalanması Qərbin ümumi məqsədi kimi müəyyən edilmişdi. Birinci Dünya Müharibəsində də bunu etdilər. SSRİ dağılan 90-cı illərdə də belə oldu”.
Seymur Bənnayev
Sitat.info