Fransa prezidenti Emmanuel Makron prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi videokonfransdan sonra Tvitter hesabında türkcə açıqlamalar verib.
Sitat.info xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Fransa mülki təhlükəsizlik qüvvələrinin bölgəyə getdiyini və axtarış-xilasetmə işlərinə qatıldığını xatırladan Makron bildirib: "Prezident Ərdoğana tam səfərbər və həmrəylik içində olduğumuzu təsdiqlədim" dedi. Makron prezident Ərdoğanla Ukraynadakı müharibə ilə bağlı fikir mübadiləsi apardıqlarını da bildirib.
Seymur Bənnayev
Sitat.info