Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib.
Sitat.info xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi, şəxsi Twitter hesabında mövzu ilə bağlı açıqlama verib.
Belhi, Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam etdiriləcəyini bildirib.
Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaltdıblar.
Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri ötən il Talibana təhvil verilib.
Dünyanın hər yerində qalan Əfqanıstan səfirliklərində əvvəlki Əfqanıstan hökuməti tərəfindən təyin edilmiş diplomatlar var.
Dünyanın heç bir ölkəsi indiyədək Taliban administrasiyasını, o cümlədən ölkələrindəki səfirlikləri Talibana verilən ölkələri rəsmən tanımayıb.
qeyd edək ki, Taliban Əfqanıstan administrasiyasına 15 avqust 2021-ci ildə gəlib.
Məğrur
SİTAT.İNFO