Ukraynanın Zakarpat vilayətində 3,3 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə “RBC-Ukrayna” respublikanın Baş Xüsusi Nəzarət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələ Zakarpat bölgəsində, Mukaçevo şəhərindən təxminən 20 kilometr qərbdə yerləşən Velyka Dobron qəsəbəsi ərazisində baş verib.
Zərərçəkənlər və dağıntılar barəsində məlumat verilməyib.