Almaniyada nəqliyyat iflic oldu: Yüzlərlə reys ləğv edildi

12:35 27 Fevral 2023

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində dövlət işçiləri tətil etmək qərarına gəliblər. Tətili nəqliyyat şəbəkəsinə təsir etdiyi üçün 325-dən çox reysin ləğv edildiyi öyrənilib.

Sitat.info xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində dövlət işçiləri ötən gecə "24 saatlıq xəbərdarlıq tətili"nə başlayıb, əyalətin iki böyük hava limanında 325-dən çox uçuş ləğv edilib. Əyalətdə hava limanları, gündüz baxım mərkəzləri, bələdiyyə xəstəxanaları, zibil toplama mərkəzləri və yüngül relsli nəqliyyat vasitələri, Birləşmiş Xidmət Sənayesi Sindikatı  kimi ictimai həyatın bir çox sahələrində "24 saatlıq xəbərdarlıq tətili" keçirilib.

Bəyanatda qeyd olunub ki, bu tətillərlə yanaşı, gün ərzində bir neçə etiraz aksiyasının keçirilməsi də planlaşdırılıb. Köln-Bonn və Düsseldorf hava limanlarından verilən açıqlamada işçilərin dünən gecədən başladığı tətil səbəbilə iki hava limanında 325-dən çox uçuşun ləğv edildiyi bildirilib. Açıqlamada Düsseldorf hava limanında 205, Köln-Bonn hava limanında isə 120-dən çox uçuşun ləğv edildiyi bildirilib.

İşəgötürənlər federal və yerli hökumətlərdə çalışanlar üçün əmək haqqının 5 faiz artırılması və bir dəfəyə cəmi 2500 avro təklif etsələr də, həmkarlar ittifaqları bu təklifi qeyri-kafi sayaraq rədd edib.

Həmkarlar ittifaqları əmək haqqının 10,5 faiz artırılmasını və ya hər ay ən azı 500 avro əlavə pulun artırılmasını tələb edirlər. Maaşlarla bağlı danışıqların martın 27-də davam etdirilməsi planlaşdırılır.

Məğrur

Sitat.info



Xəbər xətti