Avropada təbii qazın qiyməti 4 % düşüb

13:03 27 Fevral 2023

Avropada təbii qazın birja qiyməti 4 % düşüb.

Sitat.info Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçerslərinin qiyməti günə 554,9 dollarla (-0,8 %) başlasa da, sonradan 537 dollaradək (-4 %) düşüb. Dinamika əvvəlki ticarət günü – ötən həftənin cümə günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 559,1 dollar) əsasən hesablanır.

Xatırladaq ki, ötən ilin analoji dövründə təbii qazın qiyməti hazırkı qiymətdən təxminən 3 dəfə yüksək olmaqla, 1555,5 dollar təşkil edirdi.



Xəbər xətti