Malatyada qəzalı binalar dağıldı: Şəhəri toz dumanı bürüdü

18:09 27 Fevral 2023

Malatyada 5,6 bal gücündə zəlzələ nəticəsində 29 qəzalı  bina dağıdılıb. Həmin vaxt kameralara düşən görüntülər paylaşılıb. Beşmərtəbəli binalar bir neçə saniyə ərzində uçub.

Sitat.info xəbər verir ki, uçmuş tikililərdən tüstü, toz-torpaq səmaya qalxıb.

Qeyd edək ki, zəlzələ 11 şəhərdə baş verib. Onlardan biri də Malatya idi. Yaraları sarmağa çalışarkən, Malatya Yeşilyurtda 5,6 bal gücündə zəlzələ baş verib.

Əvvəlki zəlzələlərdə zədələnmiş 29 bina dağılıb. Görüntüdə arxada yerləşən azmərtəbəli binaların sökülməsi kameralara düşüb.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti