Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də can almağa davam edir.
Sitat.info xəbər verir ki, Qərbin tank köməyi ilə meydanda əlini gücləndirən Ukrayna, Zelenskinin sözlərilə sarsılmaqdadır.
Zelenski izah edib ki, ölkənin şərqindəki Baxmut şəhərində vəziyyət günü-gündən pisləşir.
“Düşmənlərimiz ordumuza müdafiə mövqeyi tutmağa imkan verəcək hər şeyi məhv edir”, - deyən Ukrayna lideri, şəhərin müdafiəsinə hələ də müqavimət göstərən əsgərlərin “qəhrəman” olduğunu bildirib.
6 aydır Rusiya ordusunun hücumuna məruz qalan şəhər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ən şiddətli qarşıdurmalara səhnə olub.
Rusiya hər keçən gün bu sənaye şəhərini ələ keçirməyə bir addım da yaxınlaşır.
Nəhayət, Ukraynadan birtərəfli qaydada müstəqilliyini elan edən Donetsk Xalq Respublikasının separatçı lideri Denis Puşilin “Şəhərə gedən bütün yollar faktiki olaraq Rusiyanın nəzarəti altındadır” deyib.
Zelenski isə qarşılaşdıqları bu çətin vəziyyətdən çıxmaq üçün Qərbdən növbəti dəfə döyüş təyyarələri tələb edib.
Digər tərəfdən, ABŞ-ın maliyyə naziri Canet Yellen, Çinə Rusiyaya silah satmamaq barədə xəbərdarlıq edib.
Kiyevə sürpriz səfər edən Yellen, Ukraynaya 1,25 milyard dollarlıq yeni maliyyə yardımı edəcəklərini açıqlayıb.
Yellen əlavə edib ki, sanksiyalar hələ Rusiya iqtisadiyyatına təsir göstərməyib, onların uzunmüddətli perspektivdə daha dağıdıcı təsirləri olacaq və Rusiyanın arsenallarını artırmaq imkanları da məhduddur.
Seymur Bənnayev
Sitat.info