Taxıl koridorunun yenidən uzadılması gündəmdədir

10:35 28 Fevral 2023

Rusiyanın Ukraynanı işğalının bir ili geridə qalarkən, Türkiyənin əhəmiyyətli töhfələri ilə həyata keçirilən Taxıl Dəhlizi müqaviləsi yenidən uzadılmağı gözləyir.

Sitat.info xəbər verir ki, Türkiyə, BMT, Rusiya və Ukrayna sazişin taleyini müəyyən etmək üçün martın 18-dək masa arxasında oturmalı olacaq. Rusiya tərəfi gələn həftə Türkiyədə başlayacaq taxıl dəhlizi danışıqları ilə bağlı ilk ipuçlarını dünən verib.

Rusiyanın rəsmi RİA xəbər agentliyinin danışıqlar prosesinə yaxın bir şəxsə istinad edən xəbərində bildirilir: “Rusiya müqavilənin uzadılmasına mane olmaq niyyətində deyil. 22 iyul 2022-ci il tarixindən bir dəfə uzadılan və fəaliyyətini davam etdirən taxıl müqaviləsində Rusiya yalnız birinci müqavilə mətninə əməl olunmasını tələb edir. Moskvanın yeganə şərti Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına, eləcə də Ukraynaya qanuni daşınmasına zəmanət verməkdir."

Ukraynanın infrastruktur naziri Yuri Vaskov, müqavilələrin 120 gün deyil, bir il müddətinə uzadılmasını istədiklərini, həmçinin Odessa, Çernomorsk və Yujnı limanlarından başqa Ukrayna limanlarının da müqaviləyə əlavə edilməsini tələb etdiklərini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti