İtaliya sahillərində miqrant fəlakəti: Ən azı 62 nəfər ölüb

10:51 28 Fevral 2023

Ötən bazar səhəri təxminən 250 qeyri-qanuni miqrantı daşıyan qayıq İtaliyanın cənubundakı Crotone şəhərindəki Steccato di Cutro qəsəbəsinin sahlində parçalanaraq batıb.

Sitat.info xəbər verir ki, Britaniyanın BBC telekanalının xəbərinə görə, qayığın sərt hava şəraitində qayalara çırpılaraq batdığı ehtimal edilir. İtaliya hakimiyyəti quruda və dənizdə geniş axtarış-xilasetmə əməliyyatına başlayıb. İndiyədək 12 uşaq və bir körpə olmaqla azı 62 miqrant ölüb.

İtaliya Sahil Mühafizəsinin məlumatına görə, 80 nəfər xilas edilib. İtaliya rəsmilərinin bildirdiyinə görə, gəmidə olanların əksəriyyəti Əfqanıstan, Pakistan, Somali və İran əsilli olub. BBC gəminin Türkiyədən günlər əvvəl yola düşdüyünü iddia edib. Gömrük polisi sağ qalanların immiqrant qaçaqmalçılığı ittihamı ilə həbs edildiyini açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti