Fransa prezidenti Emmanuel Makron ölkəsinin yeni Afrika strategiyası çərçivəsində Afrikadakı Fransız hərbi bazalarının sayını azaldacaqlarını bəyan edib.
Sitat.info xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron 1-5 mart tarixlərində 4 Afrika ölkəsinə rəsmi səfərləri öncəsi Yelisey sarayında keçirdiyi mətbuat konfransında ölkəsinin yeni Afrika strategiyasını açıqlayıb.
“Fransanın Afrikadakı hərbi rəhbərlərinnin bir transformasiyadan keçəcəyini və xüsusilə qitədəki işçi qüvvəsini azaldacağını” qeyd edən Makron, bu transformasiyanın Afrikadakı ölkəsinin simasını dəyişdirməsini və Fransa əleyhdarlarınıj bəhanə olaraq istifadə etdiyi "keçmişin mirasından uzaqlaşmaq" üçün istədiklərini bildirib.
Emmanuel Macron, həmçinin Afrika mədəniyyət sərvətlərinin qitəyə qaytarılması ilə bağlı çərçivə qanununun önümüzdəki həftələrdə mədəniyyət naziri tərəfindən parlamentə təqdim ediləcəyini və bunun daha geniş mühit, Avropa tərəfindən qəbul edilən bir yanaşma olacağına ümid etdiklərini söyləyib.
Fransa 2014-cü ilin avqust ayından Malidə yerləşdirdiyi Fransanın Barkhane əməliyyatını 2022-ci ilin iyununda Bamako administrasiyasının Parislə münasibətlərinin gərginləşməsi və bütün əsgərlərini bu ölkədən çıxarmasından sonra bitirməli oldu.
Burkina-Fasodakı hərbi hökumət yanvarın 23-də Fransa ilə hərbi əməkdaşlığı dayandırdığını elan etdikdən sonra Paris 2009-cu ildən bəri Burkina-Fasoda yerləşdirilmiş bütün əsgərlərini Fevralın 19-da Saber əməliyyatı çərçivəsində geri çəkməli olub.
Məğrur
Sitat.info