Dünən günorta saatlarında Malatyada baş verən və bir nəfərin ölümünə səbəb olan zəlzələdən sonra Türkiyə yenidən dünyanın manşetlərinə düşüb. Bir çox beynəlxalq xəbər agentlikləri Türkiyənin yeni zəlzələ ilə sarsıldığına diqqət çəkərkən, türk xalqının bütün fəlakətlərə baxmayaraq ümidini itirmədiyini, dağıntılar arasında belə nəfəs almağa davam etdiyini bildirib.
Sitat.info xəbər verir ki, Daxili İşlər Nazirliyi, Fəlakət və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) məlumatlarına görə; Malatyanın Yeşilyurt rayonunda 5,6 bal gücündə yeni zəlzələ baş verib.
Yerli vaxtla saat 12:04-də baş verən zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Güclü təkan Adıyaman və ətraf vilayətlərdə də hiss olunub. Digər tərəfdən, zəlzələdə bəzi dağıntılı binaların dağıldığı bildirilib.
Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu zəlzələnin maqnitudasını 5,5 olaraq dəyərləndirib. Kandillinin məlumatına görə, zəlzələ 5 kilometr dərinlikdə baş verib.
AFAD sədri Yunus Sezer, Malatyada baş verən zəlzələdən sonra verdiyi açıqlamadabildirib: "Malatya əyalətimizin Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündə zəlzələdən sonra qruplarımız həyəcan vəziyyətindədir. Sahə araşdırmaları davam edir".
Digər tərəfdən həftələrdir Türkiyədə əsrin fəlakətini izləyən dünya mətbuatı öz manşetlərində yeni zəlzələyə yer verib.
Məğrur
Sitat.info